Bazar ertəsi, 06 May

“Televiziyalarda ciddi adamları qeyri-ciddi, səviyyəsiz adamlar əvəz edib”

image

“Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da əvvələr real həyatda gördüyümüz insanların bir-birinə kömək etdiyi, sosiallaşdığı, öz kədərini, sevincini paylaşdığı formatlar artıq elektronlaşıb. Televiziya və radiolardakı şou proqramlar, yaxud sosial teleproqramlar şəklində, ya da “YouTube” kanalı üzərində, sosial şəbəkələrdə virtual variantı yaranıb və bundan çəkinmək, qorxmaq lazım deyil”.

Bu sözləri yazıçı, publisist, kulturoloq Aydınxan Əbilov deyib.

Bu gün tez-tez tənqid hədəfinə çevrilən sosial verilişlərdən danışan Əbilov bu tip proqramların əhəmiyyətini vurğulayıb:

“Azərbaycan teleməkanında müxtəlif televiziya kanallarının hazırladığı sosial verilişlərin əhəmiyyəti böyükdür. Bu verilişlərdə hansısa məmurun etmək istəmədiyi, ya öz yerində olmayan dövlət orqanı əməkdaşlarının kömək etmədiyi, çarəsiz insanlar, tibbi əməliyyatın baha olduğu, tibbi sığorta paketinə daxil olmayan xətəliklərlə qarşılaşan, hansısa mənada işləyə bilməyən insanlara sosial verilişlərlə kömək olunursa, bunu ancaq alqışlamaq lazımdır. O ki qaldı sosial verilişlərin ekspertlərinə, əlbəttə, ekspertlər yaxşı olar ki, tanınmış, öz işini bilən, cəmiyyətdə  nüfuzu olan, intellektual səviyyəsi yüksək olan, hərəkəti, sözü, təklifi, analizi ilə həm televiziyanı maraqlandıra bilən, həm də kütlənin tələblərinə cavab verə bilən şəxslər olsun”.

A.Əbilovun sözlərinə görə, bu gün sosial mövzulu verilişlərdə ekspert qismində çıxış edən şəxslər bəzən cəmiyyət tərəfindən sərt tənqid və təhqirlərə məruz qalır. Bu da nüfuzlu şəxslərin efirdən uzaq düşməsinə gətirib çıxarır:

“Təəssüflər olsun ki, Azərbaycanda televiziya kanallarında, internetdə tanınmış, peşəkarlaşmış insanlara qarşı o qədər kin-küdurət var ki, nədənsə qeyri-adi bir fikir söyləyən şəxsin üstünə çıxıb, onu aşağılayan, təhqir edən insanların sayı get-gedə o qədər artır ki, adicə bir "JEK" müdürünə etiraz edə bilməyənlər televiziya aparıcılarına, ekspertlərə elə nifrət püskürürlər ki, bu da telekanallarda görmək istədiyimiz ekspertlərin sayını məhdudlaşdırıb.

Tanınmış adamlar gəlib ekspert kimi çıxış edir, o bir fikir söyləyəndə istər tamaşaçıların etirazı, istər aparıcının ona hörmət qoymaması ekspertə təsir edir. Bəzən aparıcı ekspertdən daha çox danışır, yaxud ekspertin çıxışı “qayçılanaraq” sosial şəbəkələrdə öz maraqlarına uyğun şəkildə paylaşılır, bütün bunlar ekspertləri zinhara gətirib.

Ciddi, nüfuzlu insanlar artıq televiziya verilişlərinə çıxmırlar, sosial verilişlərdən imtina edirlər. Get-gedə bu tendensiya təhlükəli həddə gəlib çatıb. Onların yerini qeyri-ciddi, səviyyəsiz insanlar tutublar.

Nəzərə alaq ki. Televiziya kanalları özü də çoxsaylı biznes sturukturları sayılır, verilişlər özü ayrıca biznes strukturudur. Verilişlər reklam üçün kimi gəldi – həkimlər, müğənnilər və s. dəvət edirlər, bu da efirin səviyyəsini aşağı salır.

Amma ümumi vəziyyətə nəzər salsaq, keyfiyyətli verilişlər kifayət qədərdir. Mən istərdim ki, bu tipli verilişlər artsın. Biz insanlara kömək edə bilək. Amma cəmiyyət də bunda maraqlı olmalıdır, əgər cəmiyyət ancaq lağ-lağı, müğənniləri, qeyri-ciddi insanları görmək istəyirsə, televiziyalar da onları dəvət edəcək. Televiziyalar cəmiyyətin elektron güzgüsüdür, onlar reklamçılara və reytinqə görə məcburdurlar ki, cəmiyyətin tələblərinə cavab verə bilən ekspertlərdən, qonaqlardan istifadə etsinlər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58