Cümə, 29 Mart

Trampın dövlət vəzifəsi tutması QADAĞAN EDİLİR

image

Kapitoliyə hücumu araşdıran Nümayəndələr Palatasının Komitəsi yekun hesabatını açıqlayıb.

Xəbər verilir ki, bu barədə “CNN” məlumat yayıb.

Hesabatda ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyamda təqsirli bilinib. Komitə onun dövlət vəzifələrində işləməsinə qadağa qoyulmasını tövsiyə edib.

Məlumata görə, hesabat 845 səhifədən ibarətdir və mindən çox müsahibə, e-poçt və telefon danışıqlarının stenoqramını ehtiva edir.

Qeyd olunub ki, Tramp yeddi ştatda saxta seçici siyahılarını təbliğ etməyə çalışıb. Digər ittihamlar arasında polis məmuruna mane olmaq və qiyam etmək də var.

Xatırladaq ki, Tramp tərəfdarları 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum ediblər. Nəticədə biri polis olmaqla 5 nəfər həlak olub. ABŞ Prezidenti Co Bayden hücumu silahlı üsyan adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45