Çərşənbə axşamı, 07 May

İranda bu şəhərlərdə aksiyalar keçirildi, tonqallar qalandı

image

İranın müxtəlif əyalətlərində etiraz aksiyası keçirilib.

Xəbər verilir ki, Tehran metrosunun İnqilab stansiyasının önündə "Diktatora ölüm" və "Siyasi məhbuslar azad edilməlidir" şüarları səsləndirən etirazçılar hökumətə qarşı aksiya keçirib.

Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurub. Etirazçı əhali İslam Respublikasına və onun rəhbərinə qarşı şüarlar səsləndirib: "Xameneyi qatildir, rəhbərliyi batildir!"

Kərəcdə İranda hökumət əleyhinə ümumxalq etirazlarının davam etdirilməsi çağırışlarına müsbət cavab verən vətəndaşlar Qolşəhr məhəlləsində küçələrə axışaraq “Diktatora ölüm olsun”, “İnflyasiya və bahalıq xalqın canını alıb”- deyə şüarlar  səsləndiriblər.

Rəşt şəhərində də molla rejiminə qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları "Azadlıq, azadlıq"- deyə şüar səsləndiriblər. əhali küçələrə axışaraq yollarda tonqal yandırıb və barrikadal qurub.

İranın Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb.

Buşehr şəhərində isə etirazçı gənclər elmi-dini hövzənin binasına Molotov kokteylləri ilə od vurublar.

Qolpayeqan şəhərində etirazçılar radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargaha Molotov kokteylləri ilə od vurublar.

Aksiyalar davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24