Cümə axşamı, 25 Aprel

Bakıda tələbənin intiharına səbəb nə olub? - YENİLƏNİB

image

Dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayev təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq öldürüb.

Məsələ ilə bağlı açıqlama verən Akademiyanın tədris və elmi işlər üzrə prorektoru Fəhrad Möhbalıyev bildirib ki, Laçın rayon sakini olan Şamil Qarayev bir müddətdir özünə qapanıbmış:

“Onun özünü öldürməsinə səbəbin sevdiyi xanımdan “yox” cavabı alması olduğu ehtimal edilir. O, maliyyə-iqtisad fakültəsinin 3-cü kursunda təhsil alırdı. Yataqxanada qalmırdı və uzun müddət idi dərslərə də gəlmirdi. Dünən akademiyaya gəlib və yataqxanadan tələbə yoldaşlarına mesaj yazaraq, “Əlvida, mən nə yaxşı buranı seçdim” cümləsini göndərib və sonra özünü öldürüb. Əvvəl isə tələbə yoldaşlarına “Mən kimisə sevirəm, heç kim bilmir” deyirmiş”.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

12:24

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasında intihar hadisəsi baş verib.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Məlumata görə, dekabrın 20-də 2002-ci il təvəllüdlü Şamil Qarayevin təhsil aldığı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yataqxanasının 8-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33