Çərşənbə axşamı, 14 May

Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı dəyişiklik

image

Daşınmaz əmlakın alqı-satqısı üzrə yalnız nağdsız qaydada həyata keçirilməli olan ödənişlərin əhatə dairəsi genişlənir.

Xəbər verilir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən yeni - 3.4.14-cü maddədə əksini tapıb.

Qanun layihəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi halda 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00