Çərşənbə, 15 May

Xərçəngin peyvəndi tapıldı

image

ABŞ-nin dərman firması olan “Moderna” xərçəng xəstəliyinin qarşısını alan peyvənd ixtira edib.

Xəbər verilir ki, firma müasir mRNA texnologiyasından istifadə etməklə milyonlarla insan üçün ümid olan peyvəndi satışa təqdim edəcək.

Belə ki, həmin peyvənd ölüm riskini 44 faiz azaltmaq imkanına malikdir.

İlkin sınaq üçün dəri xərçəngi olan melanomanın 3-cü və 4-cü mərhələlərini yaşayan 157 nəfər araşdırmaya qatılıb.

Qeyd edək ki, xərçəng bütün dünyada əsas ölüm səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər 6 nəfərdən biri bu səbəbdən ölür.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00