Şənbə, 04 May

Laçın YOLUNUN bağlanması Zəngəzur DƏHLİZİNİN açılmasıdır? - ŞƏRH

image

Fransa heç bir şərt olmadan Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətini bərpa etməyə çağırır.

Xəbər verilir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Azərbaycan Laçın dəhlizi ilə iki istiqamətdə insanların, nəqliyyatın və yüklərin daşınmasının təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb”.

Bəli, Azərbaycan deməyib ki, “Laçın dəhlizini sülhməramlı və separatçılara hədiyyə etmişik”. Yaxud istifadəsinə icazə verilən koridorla qondarma rejimə silah daşınsın. Fransa XİN götürsün bu bəyanatını qatlasın və soxsun lazımsız sənədlərin və erməni lobbisinin pullarının yığıldığı daxıla. Ondansa, Kremlin sülhməramlı mandatını tənqid etsin, çünki rus missiya Azərbaycanın ekomonitorinqlərinə əngəl törədir. Paris belə sərsəm bəyanatlardansa, separatçı Arayiki “prezident” kimi təqdim edən “France24″ü cərimələsin. Yəni Fransa və Ermənistanın cicibacılığı artıq lezbiyanlıq təsiri bağışlayır. Ermənistan parlamenti Laçın dəhlizinin bağlanması məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək. İclasda mövcud vəziyyətlə bağlı bəyanat qəbul olunacaq. Sanki bu ermənilər “fırt eləyib Makronun burnundan düşüblər”. Görünən odur ki, həm də əl-ayağa düşüblər. Di gəl ki, rusun hələ səsi çıxmır. Bircə Peskov bildirib ki, Ermənistanla Azərbaycan liderlərinin Moskva görüşü razılaşdırılmayıb. Volkovun neçə gündür ki, azərbaycanlı etirazçıların önünə çıxmaması fonunda Moskva görüşü barədə proqnoz vermək qəlizdir. Halbuki sözügedən görüşün dekabrın sonlarında baş tutacağı iddia olunurdu. Hər halda dekabr hələ bitməyib.

Bu arada separatçı ermənilərin özlərini dünyaya yazıq kimi göstərməyi davam edir. Qondarma rejimin “informasiya qərargah”ı belə bir məlumat yayıb:

“Azərbaycanın qaz təchizatını və “arsax”ı Ermənistanla birləşdirən yolu bağlaması nəticəsində benzin, dizel yanacağı, maye qaz qıtlığı yarandı. Yanacaq böhranının qarşısını almaq üçün iş adamları ilə iqtisadi rejimə keçmək barədə razılıq əldə olunub. Yanacaqdoldurma məntəqəsində yanacaq ilk növbədə təcili xidmət, ictimai nəqliyyat və xüsusi xidmət orqanlarına veriləcək. Əhaliyə yanacağın verilməsi mexanizmləri və prosedurları barədə əlavə məlumat yayılacaq. Sakinlərdən yanacağa qənaət etmələri və nəqliyyat vasitələrindən yalnız son dərəcə zəruri hallarda istifadə etmələri tövsiyə olunur”.

Son dərəcə zəruri hal deyəndə, yəqin ki, separatçılar II Qarabağ savaşındakı kimi Laçın dəhlizi ilə Ermənistana qaçmağı nəzərdə tutublar. Sülhməramlılar isə Qarabağa köçürtdüyü “türemşik” və “eskortlar”ı Ermənistana qaytarmaq istəmirlər. Lakin onların da içində “rus vicdanını” bir qarış ötmüş insanflı hərbçilər var. Elə azərbaycanlı etirazçıya “inşallah Qarabağ Azərbaycandır” deyən sülhməramlı da örnəkdir.

Bundan başqa, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyevin görüşdəki çıxışından bir hissəni təqdim edirik:

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Bir sözlə, Laçın dəhlizi ermənilərin üzünə bağlansa da, açıq qalsa da, Zəngəzur dəhlizi reallaşacaq. Koridorların eyniləşdirilməsi düzgün deyil. Laçın dəhlizinin bağlanma xəbərdarlıqları sülhməramlı özbaşınalıqları və Xankəndidəki qondarma rejiminin mövcudluğuna son qoymaq xarakteri daşıyır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15