Bazar, 05 May

Bu müğənninin əsgərliyə getməsi ölkəsinə milyard dollarlıq zərər vurdu

image

Dünyanın məşhur pop qruplarından biri olan “BTS”in ən yaşlı üzvü “Cin” Cənubi Koreyada hərbi xidmətə yollanıb. O, qrupun orduya qatılan ilk üzvü olub. Ölkədə məcburi hərbi xidmətə çağırış sistemi mövcuddur.

Xəbər verilir ki, 30 yaşlı “Cin” (əsl adı Kim Sokçin) əsgərliyə getməzdən əvvəl yeni saç düzümü ilə foto paylaşıb. “Gözlədiyimdən daha gözəl görünür”, - deyə o, izləyicilərinə səslənib.

“Yonhap” agentliyinin məlumatına görə, ulduz dekabrın 13-də Şimali Koreya sərhədi yaxınlığındakı təlim düşərgəsində 5 həftəlik məşqlərə başlayıb. Burada onlara silahla davranmaq və döyüş sursatından istifadə etmək öyrədilir. “Cin”in məşqdən sonra KXDR ilə təmas xəttinə göndəriləcəyi bildirilir.

Lakin onun əsgərliyə getməsi Cənubi Koreya hökuməti üçün ciddi problemə çevrilə bilər. “Hyundai” Tədqiqat İnstitutunun hesablamalarına görə, “BTS” qrupu hər il ölkə büdcəsinə 3,5 milyard dollardan çox gəlir gətirir.

Qeyd edək ki, 2013-cü ilə qədər Cənubi Koreyada məşhurlar üçün xüsusi ordu birliyi var idi. Orada onlara daha çox imtiyaz (məsələn, kazarmaları istədiyi zaman tərk etmək) verilirdi. Lakin bununla bağlı ictimai etirazlardan sonra həmin qanun ləğv edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15