Bazar ertəsi, 13 May

Tahir Rzayev: “Hadisələr İranın çökməsindən xəbər verir...”

image

“Uzun illər beynəlxalq normalara sayqısızlıq göstərən, bəşəri dəyərləri, insan haqlarını şəxsi mənafelərə qurban verən, terror, təcavüz yolunu dövlət siyasətinə çevirən İranın bu gün acınacaqlı vəziyyətə düşməsi təbiidir və bu, dövrün reallıqlarından irəli gəlir. İran İslam Respublikası din pərdəsi altında nəinki öz vətəndaşlarına, eləcə də İslam aləminə xəyanət yolunu tutub. Bu, Azərbaycana qarşı münasibətlərdə özünü aydın göstərir.

Ölkənin hakim dairələri, siyasi xadimləri dövlətimizə düşmən mövqedə olduqlarını erməni faşistlərinə - uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi, məscidlərimizi, tarixi - dini abidələrimizi viranəyə çevirənlərə maddi və mənəvi dəstək, silah verməklə dəfələrlə sübut ediblər...”

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, İran bu gün də məkrli niyyətlərini həyata keçirməkdədir: “Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi illərində İran daim Ermənistana hərbi yardımlar edib, yanacaq, silah verib. İşğal dövründə Azərbaycan ərazilərini, şəhər və kəndlərimizi talan edən, viran qoyan Ermənistanla bərabər məhz İran olub. 44 günlük müharibə günlərində də İran təcavüzkarların yanında oldu, öz qardaşlarına qayğısını əsirgəmədi. Tehran bu gün də  anti-Azərbaycan siyasəti yürüdür, Qafanda konsulluq açır, sərhədlərimizdə hərbi təlimlər keçirir, ünvanımıza təhqiramiz, yalan bəyanatlar səsləndirir və Ermənistanla  münasibətləri genişləndirməkdə davam edir...”

T.Rzayev deyib ki, İran Türkiyəyə də qarşı sağlam münasibət göstərmir: “Ümumiyyətlə, molla rejimi Türkiyənin və Azərbaycanın inkişafının əleyhinədir və bu qardaş dövlətlərin nüfuzunun yüksəlməsinə qısqanclıqla yanaşır. Aparılan yanlış siyasət və dünyanın əksər dövlətləri ilə münasibətlərin pozulması, korlanması bu gün İranda baş verən qarşıdurmalar üçün zəmin yaradıb, artıq xalq rejimdən cana doyub.

Davam edən uzunmüddətli aksiyalar, öz haqqını tələb edən insanların güllələnməsi, etirazçıların edam edilməsi İran hakimiyyətinin məkrli siyasətini bir daha ortaya qoyur. Xalq qətiyyətlə rejimin istefasını tələb edir və öz mövqelərində israrlı olduğunu nümayiş etdirir. Hadisələr isə İranın çökməsindən xəbər verir...”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44