Bazar, 05 May

Əziz Məlikova hökm oxundu

image

Əsgərlikdə olduğu vaxt hərbi xidmətdən yayınaraq Bakıya gələn və şəhərdə avtoxuliqanlıq edən Əziz Məlikovun məhkəməsi yekunlaşıb.

Məlumata görə, bu gün Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda ona hökm oxunub. Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib.

Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Əziz Məlikov Soltanpaşa oğlunun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdədir. DYP-nin yaydığı məlumatda qeyd olunmuşdu ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb.

Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Bundan sonra Ə.Məlikov barəsində cinayət işi başlanmış və o həbs olunmuşdu. Əziz Məlikov daha sonra ev dustaqlığına buraxılmışdı. Onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. O, bölgədə böyük təsərrüfat sahibi və biznesmen kimi tanınır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15