Çərşənbə, 24 Aprel

Səudiyyə Ərəbistanında hündürlüyü iki km olan göydələn tikilməsi planlaşdırılır

image

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan – BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik “Burj Khalifa”dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.

Bildirilib ki, PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir.

Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın bir neçə şirkətləri iştirak edir.

Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan “Mirror Line” meqapolisinin tikintisinə başlanılıb.

Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37