Bazar, 05 May

“WhatsApp”dan növbəti YENİLİKLƏR

image

“WhatsApp”da özünə mesaj göndərmək funksiyası son yenilənmədən sonra aktivləşdirilib.

Məlumata görə, yeni funksiyanın köməyi ilə istifadəçilər əlaqə siyahısında özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.

“WhatsApp”da necə özünə mesaj göndərmək olar?

1. Əvvəlcə “yeni söhbətə” başlamaq üçün seçin.

2. Bundan sonra özünüzü kontaktlar siyahınızın yuxarısında görəcəksiniz.

3. Çatı açdığınız zaman "Özünüzə mesaj göndərin" yazısını görəcəksiniz.

4. Özünüzə bir şey yazaraq mesaj göndərin.

Bundan əlavə “WhatsApp”da avatar funksiyası da aktivləşib.

Avatarlar stiker kimi görünən, lakin fərdiləşdirilə bilən qrafik təsvirlərdir. İstifadəçilər öz avatarlarını yaradarkən öz üz və bədənlərini, geyim tərzi xüsusiyyətlərini mümkün qədər təqlid etməyə çalışırlar. Məsələn, avatar yaradarkən saç rəngi, üz forması, qaş quruluşu kimi xüsusiyyətlər arasından ən çox oxşar xüsusiyyətlər seçilir.

“WhatsApp”a gələn avatarlar 36 fərqli stiker kimi istifadə edilə bilər. Başqa sözlə, gülümsəyən üz (emoji) əvəzinə mesajlarda avatarınızın sizə bənzəyən gülümsəyən versiyasını göndərə biləcəksiniz.

“WhatsApp”da avatar necə yaratmaq olar?

1. “WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda “Avatar” xanasını seçin.

3. İndi “Avatarınızı Yaradın” xanasını seçin.

4. Daha sonra “Başlayın” xanasına toxunun.

5. Növbəti xanada öz avatarınızı yarada biləcəksiz.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15