Çərşənbə axşamı, 07 May

DÇ-2022: Portuqaliya Mərakeşlə, Fransa İngiltərə ilə qarşılaşacaq

image

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

İkinci oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. “Ət-Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. “Əl-Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

DÇ-2022

1/4 final mərhələsi

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

Baş hakim: Fakundo Telyo (Argentina)

“Ət-Tumama” stadionu

23:00. İngiltərə - Fransa

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl-Bayt” stadionu

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58