Bazar, 05 May

Aysun: “Yeni evimdə həyat yoldaşımla qalacam” – VİDEO

image

“Evim Bakıda yeni tikili binaların birində, 13-cü mərtəbədədir. Elə böyük bir ev deyil. Üç otaqlı mənzildir. İnşallah bu həftə yeni evimə köçürəm”.  

Xəbər verilir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi bildirib ki, yeni mənzilində həyat yoldaşı Eşqin Cəlilovla birgə yaşayacaq.
“Evin əşyalarını reklamla doldurmuşam. Bütün cehizlərimi reklama almışam. Bir çox əşyalarımın alınması anamın köməyi ilə olub. Amma, bir şeyi pulsuz ala bilirəmsə, niyə ona pul verim? Reklamla edə bilirəmsə, heç vaxt ona pul vermərəm. Xərcsiz qızam. Üç otağın biri mənim qarderobum, biri qonaq, biri də yataq otağıdır.

Ailəliyəm, həyat yoldaşımla (Eşqin Cəlilov – red.) qalacam. Söz-söhbət olanda olur, heç nə olmaz. Min şükür, hər şey yaxşıdır”.

Qeyd edək ki, bir neçə ay əvvəl cütlüyün boşandığı iddia olunmuşdu. Lakin Aysun son müsahibəsində yayılan bu xəbərlərin əsassız olduğunu və Eşqinlə barışdığını bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15