Bazar ertəsi, 13 May

Kim Çen Indan qandonduran əmr – Üç azyaşlını buna görə edam etdirdi

image

Şimali Koreyada üç orta məktəb şagirdi oktyabrın əvvəlində Cənubi Koreya seriallarına baxdıqları üçün edam edilib.

Xəbər verilir ki, bu barədə Cənubi Koreya mediası (“Chosun Ilbo”) məlumat yayıb.

Şimali Koreyada 2020-ci ilin dekabrında qüvvəyə minmiş yeni qanuna görə, Cənubi Koreya audiovizual məzmunlarını izləmək cinayət sayılır. Azyaşlılar qanuna tabe olmadıqları üçün edam olunmasa da, indi məlum olur ki, cəza onları da əhatə edir.

Məlumata görə, Şimali Koreyanın Çinlə sərhədində yerləşən Xyesan şəhərində 3 orta məktəb şagirdi Cənubi Koreya və ABŞ televiziya proqramlarına baxarkən yaxalanıb. Həbs edilən azyaşlılara ölüm cəzası verilib. Edamın icrası dünya mediasında sərt reaksiya ilə qarşılanıb.

Şimali Koreya vətəndaşları Cənubi Koreya serialları və musiqiləri ilə maraqlanırlar. “Unification Media Group”un sorğusuna əsasən, respondentlərin 96 faizi “Squid Game” və “Crash Landing on You” kimi məşhur Cənubi Koreya seriallarına baxıb.

Şimali Koreyanın Cənubi Koreya seriallarına baxdıqlarına görə öz vətəndaşlarını edam etməsi ilk dəfə deyil. Keçən il Kim Çen Inın “xərçəng” adlandırdığı “K-pop” musiqi kliplərinə baxdıqdan sonra yeddi nəfərin edam edildiyi xəbəri yayılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00