Çərşənbə, 15 May

Robot ilk dəfə xərçəng əməliyyatı apardı - Fotolar

image

İngiltərənin Qlosterşir Kral Hospitalında robotun iştirakı ilə unikal əməliyyat həyata keçirilib.

Belə ki, “Versius” 61 yaşlı kişinin boğazından altı santimetrlik xərçəng şişini çıxarıb, bununla da onun həyatını xilas edib.

Robotun keçirdiyi əməliyyat ənənəvi müdaxilədən daha kiçik kəsiklərdən istifadə edən minimal invaziv cərrahiyyə forması olub. Belə əməliyyatlar fəsadların, çapıqların və əməliyyatdan sonrakı ağrıların sayını azaldır.

Məlumata görə, “Versius”dan istifadə əməliyyatların vaxtını azaltmağa imkan verir.

Bildirilir ki, robot keçən il quraşdırılıb. Qlosterşir Kral Hospitalı ölkədə ondan istifadə edən ilk xəstəxana olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00