Çərşənbə axşamı, 23 Aprel

Qadın sürücü avtomobillə mağazaya girdi - FOTO

image

Xaçmazda “Subaru” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və maşın mağazaya çırpılıb.

Xəbər verilir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.]

Bakı şəhər sakini Rəna Hüseynova avtomobili mağazanın qarşısındakı duracaqda saxlamaq istəyərkən idarəetməni itirib. Nəticədə avtomobillə obyektin şüşələrini sındıraraq içəri daxil olub. Həmin vaxt ticarət obyektində satıcı və alıcılar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb. Sürücü də qəza zamanı yaralanmayıb.

Avtomobil rəfləri dağıtdığından sahibkara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37