Cümə axşamı, 25 Aprel

TƏCİLİ! NATO Putinin müharibəsinə sürüklənir?

image

Almaniyanın paytaxtı Berlində bir araya gələn NATO-nun baş katibi Yens Stoltenberq və Almaniya kansleri Olaf Şolz görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Bu barədə xarici mediaya istinadən xəbər verir.

NATO-nun baş katibi bildirib ki, Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi hər gün ölüm və səfalətlə nəticələnməkdə davam edir:

“Qış yaxınlaşdıqca Rusiya Ukraynanın enerji infrastrukturunu bombalayır və ukraynalıları soyuq və aclıq içində saxlamağa çalışır”.

Rusiyanın qışı silah kimi istifadə etdiyini vurğulayan Stoltenberq Putinin qalib gəlməsinə imkan verilməməyin vacibliyinə diqqət çəkib.

O bəyan edib ki, NATO Putinin müharibəsinə sürüklənməyəcək:

“Bu kritik anda Ukraynaya davamlı dəstəyimiz hər zamankından daha vacibdir. NATO münaqişə tərəfi deyil. Biz Putinin müharibəsinə sürüklənməyəcəyik. Biz Ukraynanın özünümüdafiəsində BMT nizamnaməsində təsbit olunmuş hüququn yanındayıq”.

stoltenberq.jpg (47 KB)

Baş katib Almaniyanın Ukraynaya ən çox hərbi, maliyyə və humanitar yardımlar edən müttəfiqlər arasında olduğunu qeyd edib:

“Almaniyanın verdiyi hərbi texnika Ukraynadakı evləri, məktəbləri və xəstəxanaları Rusiyanın raket hücumlarına qarşı qoruyur. Almaniyanın silah tədarükü həyatları xilas edir".

NATO müttəfiqlərinin Ukraynanın suveren və müstəqil dövlət kimi qalib gəlməsi üçün dəstəyini davam etdirməkdə qərarlı olduqlarını ifadə edən Stoltenberq Ukraynaya verilən dəstəyin baha başa gəldiyini bilirib:

“Yemək və enerji xərclərinin artması bizim bir çoxumuz üçün çətin günlər deməkdir. Lakin biz pulla ödədiyimiz halda, ukraynalılar bunu öz canları bahasına ödəyirlər”.

NATO-nun baş katibi diqqətə çatdırıb ki, Putinin müharibədə qalib gəlməsi avtoritar liderləri öz məqsədlərinə çatmaq üçün güc tətbiq etməyə təşviq edəcək: “Bu, dünyanı daha təhlükəli edəcək. Müharibənin Ukrayna hüdudlarından kənara çıxmasının qarşısını almaq üçün NATO-nun vəzifəsi Ukraynaya dəstək verməkdir”.

“Şimal axını” boru kəmərlərində törədilmiş təxribata da toxunan Stoltenberq bildirib ki, bu hadisə boru kəmərlərinin zəifliyini hamıya xatırladır: “Buna cavab olaraq NATO Şimal və Baltik dənizlərində patrulluq edən gəmilərin sayını iki dəfə artırıb. Bu, kəşfiyyat məlumatlarının mübadiləsini sürətləndirib”.

Sonda baş katib Alman-Norveç təşəbbüsü olan NATO Sualtı İnfrastruktur Mərkəzinin yaradılması səylərini alqışlayıb və mərkəzin müttəfiqlərə xəbərdarlıqları daha yaxşı təmin edəcəyini vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33