Çərşənbə, 24 Aprel

Paşinyanın bu açıqlaması Lavrovu QICIQLANDIRDI

image

Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır.

Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Lavrov jurnalistlərin “Minsk Qrupu”, Qarabağla bağlı və digər suallarını cavablandırıb. O bildirib ki, Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqları verməyə hazır olduğunu bəyan edib.

“Azərbaycan tərəfi müzakirə etməyə, onlara Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqların bütün təminatlarını verməyə hazırdır. Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar statusdan yox, Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunmasının zəruriliyindən danışır”, – deyə Lavrov bildirib.

Sergey Lavrov bildirib ki, ATƏT-in “Minsk Qrupu” fransızlar və amerikalılar tərəfindən basdırılıb.

“Vaxtında ATƏT-in “Minsk Qrupu” regionda nüfuzu olan və İrəvana, Bakıya siqnal göndərə bilən dövlətləri birləşdirmək üçün yaradıldı. Onlar da Rusiya və ABŞ-ın sədrliyi ilə işləməyə razılaşdılar. Sonra Fransa da qoşuldu. ATƏT-in Minsk Qrupunu fransızlar və amerikalılar basdırıblar, Rusiyanın bununla heç bir əlaqəsi yoxdur.

Qərb ölkələri ATƏT-in “Minsk Qrupu”nu məhv etdi. Bundan sonra Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səylərinə müdaxilə etməyə çalışsalar da, bu, nəticəsiz qalır. 

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasında hər iki tərəfə köməklik göstərəcək. Biz razılaşdıq ki, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara kömək edəcək. Bütün bunlar Rusiya Federasiyası, Azərbaycan Prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən sammitlərin nəticəsi idi.

Paralel olaraq digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün konvulsiv cəhdlərini müşahidə etdik. Bununla bağlı heç bir problem yaşamadıq.

İrəvan və Bakı ilə təmaslarımızda qeyd etdiyimiz yeganə şey o oldu ki, xüsusi hərbi əməliyyat başlayandan sonra Qərb rəsmi olaraq Vaşinqton və Paris vasitəsilə Rusiya ilə heç bir yerdə, heç bir formatda əməkdaşlıq etməyəcəklərini bəyan etdi. Bununla da ATƏT-in “Minsk Qrupu”nun fəaliyyətini başa vurduqlarını bəyan etdilər.

Ona görə də erməni həmkarlarımız hərdən bu “Minsk Qrupu”nun adını çəkəndə biz onlara deyirik ki, bu, bizə aid məsələ deyil. Bu sual ABŞ-a, Fransaya ünvanlanmalıdır. Təbii ki, Azərbaycana da aiddir, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”, – Lavrov deyib.

Lavrov həmçinin qeyd edib ki, “indi fransızlar, amerikalılar və Avropa Birliyi vasitəçilik xidmətlərinə bağlanaraq dəfn etdikləri “Minsk Qrupu”nu kompensasiya etməyə, tərəflərin Rusiyanın iştirakı ilə əldə etdikləri razılaşmaları götürüb özəlləşdirməyə çalışırlar”.

“Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Yaxşı, ermənilər də, azərbaycanlılar da nəzakətli adamlardır, ora gedirlər. Ancaq mənim üçün təsəvvür etmək çətindir ki, yalnız Rusiya Baş Qərargahında mövcud olan keçmiş sovet respublikalarının xəritəsi olmadan delimitasiyanı necə müzakirə etmək olar”, – deyə Lavrov əlavə edib.

Rusiyanın xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyini bir daha təsdiqləyib. Yəni Qarabağın statusu məsələsi təxirə salınır.

Eyni zamanda, rəsmi İrəvanın davranışını şərh edərkən, Ermənistanın Praqada keçmiş DQMV-nin Azərbaycan ərazisi olduğunu təsdiqləməsi Lavrovun açıq-aşkar qıcıqlanmasına səbəb olub. Bu məqam Kremlin sülhməramlıların müvəqqəti məsuliyyət zonasında “havadan asılı” vəziyyətdə saxlayır. Yəni Qarabağda sülhməramlıların məsuliyyət zonasını Moskvanın faktiki nəzarəti altında saxlamaq imkanlarını azaldır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33