Cümə, 26 Aprel

Ət niyə Bakıda regionlardan bahadır?

image

Ətin regionlarda ucuz, Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

Xəbər verilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var. 

O vurğulayıb ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır: “Ətin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənmir. Onun qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni, ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var. Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılarla ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”.

Qeyd edək ki, daha əvvəl komitə iclasında çıxış edən deputatlar ətin qiymətinin son aylar bahalaşmasından, regionlarla paytaxtda qiymətlərdə kəskin fərqin olmasından şikayətləniblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33