Şənbə, 28 Yanvar

Vasif Talıbovun qardaşı saxlanıldı - FOTO

image

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yayılıb.

Məlumata görə, Məhərrəm Talıbov Naxçıvandakı antikorrupsiya əməliyyatlarına görə dindirilməsi üçün Bakıya gətirilib.

Əməkdaşımızın Məhərrəm Talıbovun mobil telefonuna zənginə başqa şəxsin cavab verməsi bu şübhələri daha da artırmış olub.

Bununla belə Talıbovun prokurorluq əməkdaşı olmasını nəzərə alsaq o zaman, onun yalnız prokurorluq tərəfindən saxlanılması mümkündür. Çünki, qanunvericiliyə görə, prokurorluq əməkdaşının həbsini yalnız Baş Prokurorluq özü həyata keçirə bilər.

Qeyd edək ki, Məhərrəm Talıbov Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Xırdalanda su kəsiləcək

  • 28.01.2023 - 09:28
image

328 nəfərə vaksin vuruldu

  • 27.01.2023 - 14:33
image

Rusiyanın Ukraynada itkiləri

  • 26.01.2023 - 11:25