Cümə, 19 Aprel

İrəvanda Puşkinin abidəsinin sökülməsi tələb edilir

image

İrəvanda bir neçə partiya rəhbəri və üzvləri Ermənistanda olan rus abidələrinin sökülməsini tələb edərək, aksiya keçiriblər.

Xəbər verilir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Aksiyada iştirak edən Avropa Partiyasının lideri Tiqran Xzmalyan qeyd edib ki, Ermənistandakı bütün rus abidələri sökülməlidir. Xristian Demokrat Partiyasının üzvləri isə bildiriblər ki, erməni xalqını öz poemalarında təhqir edən rus şairi Aleksandr Puşkinin İrəvanın mərkəzində adına küçə və məktəbin olması biabırçılıqdır.

İrəvanın mərkəzində türklərin dostu olan Frunzenin adına küçə var. Onların bizimlə heç bir ideoloji, mədəni əlaqəsi, hətta dünyagörüşünün də bizə aidiyyəti yoxdur, bu, şər imperiyadır. Biz onlardan qurtulmalıyıq. Bizdə qəhrəmanlarımızın adına küçə yoxdur, amma Leninin adına küçə var. Dövlətimizin məhvinin başlanğıcında bu insanlar dayanıb”.

Qeyd edək ki, dünyaca məşhur rus şairi Aleksandr Sergeyeviç Puşkin “sən qulsan, sən oğrusan, sən ermənisən” sözləri ilə ermənilərin mahiyyətini öz əsərində yaşadan dahilərdən biridir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20