Şənbə, 28 Yanvar

İctimai nəqliyyat şagird və müəllimlər üçün pulsuz olsun - TƏKLİF

image

"Etiraf edək ki, pik saatlarda nə metrodan, nə də digər ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu. 3-4 vaqon buraxmalı oldum".

Xəbər verilir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O qeyd edib ki, məsələyə ciddi yanaşmaq lazımdır: "Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki qaydada metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”.

N.Həmzəyev əlavə eidb ki, məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlmək mümkünlüyünün şahidi olub:

“Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Xırdalanda su kəsiləcək

  • 28.01.2023 - 09:28
image

328 nəfərə vaksin vuruldu

  • 27.01.2023 - 14:33
image

Rusiyanın Ukraynada itkiləri

  • 26.01.2023 - 11:25