Cümə, 26 Aprel

Uşaqlar arasında yayılan virus nədir? - enməyən hərarət, boğaz ağrısı, öskürək...

image

Həkimlər xəbərdarlıq edir: “Virus daha çox uşaqlarda boğulma və ya xırıltılı səslə müşahidə olunur”

Son günlər uşaqlar arasında yayılan xəstəlik narahatlığa səbəb olub. Valideynlər qeyd edirlər ki, enməyən yüksək hərarət, öskürək, qusma kimi hallar uşaqlarda günlərlə davam edir. Bəziləri iddia edir ki, bu, koronavirusun yeni ştamıdır. Azərbaycanda da H3N2 virusunun yayılma ehtimalı istisna edilmir. O zaman ön tədbirlərimiz, xüsusən də uşaqlarla bağlı profilaktika nə olmalıdır?

Bu arada, xarici media bildirir ki, bir çox ölkələrdə minlərlə uşaq ağır infeksiyalara səbəb olan respirator virusa yoluxublar. Uşaq xəstəxanaları və təcili yardım otaqları xəstə körpələrlə dolub-daşır. Protv.ro xəbər verir ki, oxşar vəziyyət xəstəxanaya yerləşdirilən onlarla uşağın oksigenə ehtiyacı olduğu Rumıniyada da müşahidə olunub. Xəstəxanada uşaqlarda respirator sinsitial virus diaqnozu qoyulub. Bu infeksiya indi həkim nəzarəti altında olan bir çox xəstəni, o cümlədən oksigenə ehtiyacı olan körpələrə təsir edir. Tənəffüs yoluxucu xəstəliklər bir çox ölkədə problemə çevrilib. Hətta ABŞ-da pediatrlar federal hökumətdən respirator sinsitial virusla əlaqədar fövqəladə vəziyyət elan etməyi xahiş ediblər.

Çində isə ötən sutkada koronavirusa 40 052 yeni yoluxma halı aşkar olunub. Bununla da ölkədə pandemiyanın əvvəlindən yoluxma sayı ilə bağlı yeni rekord qeydə alınıb. Xarici medianın məlumatına görə, yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir. Ümumiyyətlə, Çin payızda koronavirusun yeni dalğası ilə üzləşib. Ölkə rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirlər görüb. Noyabrın 27-də ölkənin bir sıra bölgəsində məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilib.

Uşaqlar arasında yayılan koronavirusun yeni ştamıdır, yoxsa yeni virus əmələ gəlib?

Bizimlə söhbətdə hazırda xaricdə fəaliyyət göstərən həkim-infeksionist Nicat Əzimli dedi ki, əksər ölkələrdə uşaqlar arasında müxtəlif viruslar yayılıb: “Təkcə qrip deyil, müxtəlif viruslardır ki, bunlar da qripəbənzər simptomlar verə bilir. Bunlar sitomeqalavirus, rinovirus, elə qripin özü də uşaqlar arasında yayılıb. Bunun hansının genotip olduğunu aydınlaşdırmaq individual testlər, araşdırma tələb edir. Azərbaycanda hazırda buna ehtiyac yoxdur. Xüsusən məktəblərdə, uşaqların çox toplaşdığı yerlərdə viruslar daha tez yayılır. Ona görə də bu məsələlərə diqqət etmək lazımdır. Xəstə uşaqların dərhal məktəblərdən, bağçalardan uzaqlaşdırılması, müalicə olunması faydalı olar.

Hazırda koronavirus nəinki böyüklərdə, uşaqlarda da bir çox hallarda ağır şəkildə özünü göstərmir. Xüsusilə son mutasiyalarda koronavirusun əlamətləri əsasən qripə oxşamağa başlayıb. Düzdür, kəskin simptomlar ola bilər, ancaq fəsadlar özünü göstərməyən xəstəlik kimi büruzə verir. Uşaqda yenə də əlamətlər varsa, koronavirus testi aparılmalıdır. Birinci görüləcək iş budur ki, koronavirusun inkar olunması lazımdır. Bunun üçün də COVİD testi mütləq götürülməlidir. Əgər neqativdirsə, bayaq sadaladığımız virusların olması ehtimalı çox olur".

İnfeksionist Mərdan Əliyev: “Mutasiya olmuş koronavirus bizə gəlib  çatmaz...”

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev dedi ki, Azərbaycanda hazırda uşaqlar arasında virus yayılıb:“Uşaqlar arasında yayılan xəstəlik əsasən boğaz ağrısı, öskürək, burun axıntısı 1-2 gün olur, hərarət, kəskin bronxit müşahidə edilir. Bəlğəmli öskürək həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Uşaqlardan böyüklərə də keçir. Kəskin tənəffüs yolu xəstəliklərini 200-ə yaxın virus törədir. Onları kliniki simptomlarından təqribən bilirik. Virusun adı dəqiq ancaq müayinə nəticəsində bilinir. Bunun üçün burun, udlaqdan götürülən yaxma PCR metodu ilə yoxlanılır, onda virus bilinir. Kliniki əlamətlərindən adenavirus, qrip, yaxud da respirator sinsitial virus infeksiyası bu viruslardan biridir. Bildiyimiz qrip virusu da ağır keçir. El arasında bunun hamısına qrip deyilir. Amma ən ağır keçən də elə qripdir, burada ağırlaşmalar da müşahidə edilir. Bu, daha çox kiçik yaşlı uşaqlarda özünü göstərir. Adenavirus infeksiyasında yüksək hərarətlə müşahidə edilir. Respirator sinsitial virus isə daha çox uşaqlarda boğulma və ya xırıltılı səslə olur. Hər üç infeksiya eyni vaxtda rast gəlinə bilir. İndi payız-qış dövrü bu infeksiyaların yayıldığı bir dövrdür. Orqanizmdə immunitetin zəiflədiyi dövrdür. Evlər tez-tez  havalandırılmalıdır. Uşaqlar arasında yayılan bu xəstəliklər koronavirusla bağlı deyil. Artıq koronavirus ölkəmizdə azalmaq istiqamətində gedir, daha yüngül formada keçir. Uşaqlar arasında da problem yaratmır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33