Şənbə, 20 Aprel

Messi Meksika bayrağı ilə döşəməni sildi, qəzəbə tuş gəldi - FOTO/VİDEO

image

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunun II turunda Argentina Meksika oyunundan sonra "tanqoçular"ın qələbə sevinci mübahisələrə səbəb olub. 

Xəbər verilir ki, kadrlarda Messinin ayağı ilə Meksika bayrağını itələdiyi görüntülənib.

Bir qisim sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, videoda Messi bayraqla yeri silir.

Bu anlar məşhur meksikalı boksçu Kanelo Alvarezi əsəbiləşdirib. Belə ki Alvarez şəxsi sosial media hesabından verdiyi açıqlamada Messiyə reaksiya verib və bu ifadələrdən istifadə edib:

"Messinin formamız və bayrağımızla döşəməni təmizlədiyini gördünüzmü? Onu tapmamağım üçün allaha dua edin. Mən Argentinaya hörmət etdiyim kimi, o da Meksikaya hörmət etməlidir. Mən bütün ölkəni demirəm. Messinin etdiyi axmaqlıqdır".

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20