Cümə axşamı, 25 Aprel

Olimpiya kompleksində idmançını öldürən şəxsin saxlanılma görüntüləri - ANBAAN VİDEO

image

Bir neçə gün öncə Bakının Şağan qəsəbəsindəki olimpiya kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıblar.

Qeyd edək ki, ilkin məlumata görə, tərəflərin mübahisəsinə isə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turana irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Xatırladaq ki, Ruslan Səfixanov cüdo üzrə Əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Həmin görüntüləri təqdim edirik:

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33