Cümə, 29 Mart

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

image

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

Məlumata görə, hadisə rayonun Qaşqaçay kəndində baş verib. 

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45