Cümə axşamı, 28 Mart

“677 minlik mənzili mənə sahibkar hədiyyə edib...” - Alimpaşa Məmmədov

image

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq rəhbəri Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi saat 15:30-da başlayıb. 

Sabiq icra başçısı məhkəmə prossesində hakimə əvvəlcədən hazırladığı təxminən 25 dəqiqəlik yazılı ifadəsini oxuyub. Alimpaşa Məmmədov ifadəsində icra başçısı olduğu müddət ərzində gördüyü işlər barədə danışıb. Bildirib ki, ona qarşı irəli sürülən ittihamları qəbul edir, amma bəzi istisnalar olmaq şərti ilə.

Diqqət çəkən məqamlardan biri də dəyəri  4 mln manat olan “Azfarel” MMC-nin tikintisi ilə bağlı olub. Alimpaşa Məmmədov ifadəsində bildirib ki, sözügedən müəssisəni vaxtı ilə Vergilər Nazirliyində işlədiyi zamanlar əməkhaqqısı ilə əldə etdiyi maliyə və ailəsinə aid bağ evlərini girov qoyaraq götürüb.

Məhkəmə prosesində sabiq icra başçısından Şəmkir rayonunda ümumi dəyəri 677 min manat olan iki evin necə əldə edildiyi soruşulub.  Alimpaşa Məmmədov sözügedən mənzillərin dəyərinin 142 min manat olduğu sonrakı qiymətləndirmədə 677 min manata hesablandığını, mənzillərin tikintisinin yekunlaşmadığını və sahibkar tərəfindən ona hədiyyə edildiyini deyib. 

Prosesdə o da məlum olub ki, Alimpaşa Məmmədova müxtəlif şəxslər tərəfindən 1 mln 729 min 332 manat dəyərində pul rüşvət qismində verilib. Sabiq icra başçısı isə həmin vəsaitləri rayonda aztəminatlı ailələrə xərcləndiyini deyib. 

Alimpaşa Məmmədovu vəkil Yolçu Abbasov müdafiə edib.

Proses də “Şəmkir səbəti” bazarının oğlunun adına necə keçirildiyidə  soruşulub. Alimpaşa Məmmədov bildirib ki, sözügedən bazarı Vaqif Məmmədov adlı şəxs tikdirib. Hörmət əlaməti olaraq sahibkar  öz övladları ilə yanaşı sabiq icra başçısının oğlu Adil Məmmədovu da bazara şərik edib. Bazarın tikintisi və dizaynı isə Alimpaşa Məmmədov tərəfindən verilib. 

Məlumat üçün bildirək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunub.  Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Növbəti məhkəmə prossesi dekabrın 8-saat 16-00 təyin olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45