Çərşənbə axşamı, 07 May

Dünyada koronavirusa yoluxma bu ölkələrin hesabına pik həddə çatıb - siyahı

image

Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Son sutkada dünyada koronavirusa 898 min 662 nəfər yoluxub. Bu say Covid-19 dünyada yayılandan bu günə qədər olan statistikada ən yüksək göstəricilərdəndir. Dünyada son sutkada ölənlərin sayı isə 15 min 288 nəfər olub ki, bu say da ümumi statistikaya görə xeyli yüksək sayılır.

Məlum olduğu kimi hazırda dünyada və Azərbaycanda koronavirusa qarşı sürətli vaksinasiya prosesi aparılır. Bu hal ümumi statistikaya təsir göstərib. Bəs son həftədə koronavirusa yoluxma faiz etibarı ilə hansı ölkədə, necə dəyişib?

Əvvəlcə bildirək ki, dünyada indiyə qədər ən çox yoluxma ABŞ-da qeydə alınıb (33 milyon 44 min 68 nəfər). Lakin son həftə ABŞ-da yoluxma sayı ötən həftələrlə müqayisədə 15 faiz aşağı olub.

Dünyada ikinci ən çox yoluxma sayı Hindistanın payına düşür. Belə ki, bu zamana qədər Hindistanda 18 milyon 762 min 976 nəfər koronavirusa yoluxub. Dünyada ümumi statistikadakı sayın artımına görə Hindistan birinci yerdədir. Belə ki, bu ölkədə əvvəlki həftə ilə müqayisədə 27 faiz artım var.

İndiyə qədər yoluxanların sayına görə üçüncü yerdə Braziliya gəlir (indiyədək 14 milyon 592 min 886 nəfər). Braziliyada ötən həftə ilə müqayisədə bu həftə yoluxanların sayı 2 faiz artıb. Dünya üzrə ən çox yoluxma sayına görə 4-cü yerdə Fransa gəlir (indiyədək 5 milyon 592 min 390 nəfər). Fransada ötən həftə ilə müqayisədə bu həftə yoluxanların sayı 17 faiz azalıb.

Ən çox yoluxanların siyahısında 5-ci yerdə şimal qonşumuz Rusiyadır (indiyədək 4 milyon 805 min 288 nəfər). Rusiyada isə ötən həftə ilə müqayisədə bu həftə yoluxanların sayı 0.9 faiz azalıb. Qardaş Türkiyə dünyada yoluxma sayına görə 6-cı yerdədir ( indiyədək 4 milyon 788 min 700 nəfər). Türkiyədə ötən həftə ilə müqayisədə bu həftə yoluxanların sayı 31 faiz azalıb.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycan dünyada koronavirusa yoluxanların sayına görə 52-ci yerdədir. Ölkəmizdə ötən həftə ilə müqayisədə yoluxma sayı 28 faiz azalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24