Cümə, 19 Aprel

İlon Mask Ukrayna şirkətini məhkəməyə verdi

image

Dünyanın ən varlı adamı, amerikalı biznesmen İlon Maskın “SpaceX” şirkəti Ukraynanın “Starlink” MMC və “Ukrpatent” şirkətlərini məhkəməyə verib.

Buna səbəb, milyarderin fikrincə “Starlink” ticarət nişanının məhz ABŞ şirkətinə məxsus olması olub.

Halbuki, Ukraynanın “Starlink” MMC şirkəti dövlət əmtəə nişanı reyestrinə əsasən, qeydiyyat üçün hələ 2010-cu ilin martında müraciət edib. Markanın özü isə 2011-ci ilin fevralında qeydə alınıb.

Eyni zamanda, ABŞ-ın “Starlink” şirkəti 2022-ci ilin aprelində Ukrayna bazarına daxil olub və hazırda “Starlink Ukraine” MMC adı altında fəaliyət göstərir.

İş üzrə ilk məhkəmə iclası dekabrın 8-nə təyin edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20