Cümə, 19 Aprel

İranın Mehabad şəhərində mülki əhaliyə atəş açıldı, 11 nəfər öldü

image

İranın hökumət qüvvələri Mehabad şəhərində mülki əhaliyə atəş açıblar.

Əldə etdiyimiz məlumata görə, hökumət qüvvələrinin hücumu nəticəsində 11 nəfər ölüb.

Millət vəkili Cəlal Mahmudzadə İranın yerli “ Etimad” qəzetinə açıqlamasında bildirib ki, hökumət qüvvələri nəinki aksiyada iştirakçılarına, həmçinin evlərə də atəş açıblar: "Bunun nəticəsində evdə olan, heç bir etiraz aksiyasına qoşulmayan mülkilər də həlak olub”.

Əldə etdiyimiz məlumata görə, hazırda Cavanrud, Üşnəviyə, Sərdəşt, Bukan yaşayış məntəqələrində də hökumət qüvvələrinin yerli əhaliyə hücumu nəticəsində ölən və yaralananlar var.

Qeyd edək ki, Mehabad qədim türk şəhəridir, onun tarixi adı Soyuq Bulaq olub. İranın həyata keçirdiyi farslaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, Mehabad adlandırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20