Şənbə, 20 Aprel

Tokayev 81 faiz səslə qalib gəldi - RƏSMİ

image

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ötən gün keçirilən növbədənkənar prezident seçkilərində 81,31% səslə qalib gəlib. 

Xəbər verilir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, Tokayev qələbə qazanıb.

Qeyd edək ki, ötən bazar günü Qazaxıstanda yeddinci prezident seçkiləri keçirilib. Prezidentlik uğrunda 6 namizəd mübarizə aparıb. 

Namizədlərdən Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken - 2,53% (200 907 səs), Karakat Abden - 2,6% (206 206 səs), Saltanat Tursynbekova - 2,12% (168 732 səs), Nurlan isə 2,17% səs toplayıb.  

Seçki günü ümumilikdə 10 101 seçki məntəqəsi açıq olub. Respublika əhalisinin sayı 19,6 milyon nəfər olmasına baxmayaraq, səsvermə siyahılarına 11,95 milyondan çox qazaxıstanlı daxil edilib.  

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20