Şənbə, 20 Aprel

İmran Xan tərəfdarlarını mitinqə çağırdı

image

Pakistanın keçmiş baş naziri İmran Xan tərəfdarlarını noyabrın 26-da paytaxt İslamabadla qonşu Ravalpindiyə toplaşmağa çağırıb.

Xəbər verilir ki, noyabrın 3-də silahlı hücumdan sonra evdə müalicə alan Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarlarına video zəng edib.

Xan PTI tərəfdarlarını noyabrın 26-da İslamabadın qonşusu Ravalpindi şəhərində toplaşmağa çağıraraq, onun da orada olacağını və növbəti fəaliyyət planını elan edəcəyini bildirib.

Hökumətə növbədənkənar seçkilər çağırışını davam etdirən Xan, aprel ayında Şahbaz Şərif hökumətinin vəzifəyə başlamasından bu yana ölkədə heç bir müsbət inkişafın olmadığını vurğulayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20