Bazar, 04 Dekabr

Separatçıların “nəfəsliyi” bu tarixdə tam bağlanacaq - Bakının ilginc hədəfi

image

Azərbaycan “Azərqaz”, “Azərsu” və “Azərişığ”ın işçiləri vasitəsilə Xankəndinə daxil olacaq...

2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə ”Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda öz əksini tapıb.

Bildirilir ki, tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Bu o deməkdir ki, Azərbaycan Ermənistandan Xankəndinə qanunsuz qaz verilişinə ən uzağı həmin tarixədək, daha doğrusu, yeni qaz kəməri çəkilənədək göz yuma bilər. Əslində Qarabağda qalan ermənilərə bu, daha bir siqnaldır ki, 2025-ci ilədək (Rusiya sülhməramlıların ərazimizdə qalma müddətinin bitdiyi il) öz seçimlərini eləsinlər: ya Azərbaycan vətəndaşlığını qəbul edib, bu dövlətin bütün imkan və imtiyazlarından istifadə eləmək, o cümlədən ucuz təbii qaz istehlakından yararlanmaq, ya da torpaqlarımızı həmişəlik tərk eləmək.

Beləcə, hazırda Qarabağda yaşayan ermənilərin də Azərbaycan dövlətinə inteqrasiyası daha bir ciddi məzmun qazanacaqmı? Xankəndini silahla yox, qazla nəzarətə götürə biləcəyikmi?

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

 Əziz Əlibəyli 

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli  bildirdi ki, Azərbaycan tərəfi ümumiyyətlə, bir ildir Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiyasına yönəlik müəyyən prosesləri həyata keçirməkdədir: “Bəzi məsələlərin açıqlanmaması da normaldır. Yəqin ki, ermənilərin seçim mərhələsinə qədər psixoloji olaraq hazırlığına görə proseslərin bu cür davam eləməsi anlaşılandır. Dövlət Proqramında Xankəndinə qaz çəkilməsinə qədər Azərbaycan bir neçə əməliyyatla Xankəndini dörd tərəfdən əhatə edən hündürlükdə yerləşən nəzarət nöqtələrini götürdü. İkincisi, 12-14 sentyabrda həyata keçirilən cavab əməliyyatı ilə biz Ermənistana doğru nəzarət zonalarını öz nəzarətimiz altına aldıq. Həmin vaxt bir ilk praktika yaşandı - Laçından keçən alternativ yol bağlandı. Bu da o deməkdir ki, biz istədiyimiz anda Xankəndi erməniləri ilə Ermənistan ermənilərini birləşdirən fəaliyyətini bloklaya bilərik. Bu, əslində çox önəmli faktordur. Üçüncü vacib məsələ ondan ibarətdir ki, ”Artsax bank" adlanan, qondarma rejimin nəzarətində maliyyə əməliyyatları həyata keçirən qurumun da fəaliyyətinin Azərbaycan tərəfindən bloklanması an məsələsidir. Xankəndi ərazisinin infrastrukturunun təchizatı, o cümlədən əhalinin qaz, işıq, su ilə təminatları bizim nəzarətimizdə olan ərazilərdən keçməkdədir. Şübhə eləmirəm ki, Azərbaycan məhz 2025-ci ildə “Azərqaz”ın, “Azərsu”nun, “Azərişığ”ın işçiləri vasitəsilə bu bölgəyə daxil olacaq. Çünki bizim mülki infrastrukturumuz bizim həm də məqsədimizin qeyri-hərbi fəaliyyət olmasını ortaya qoyur. Bu, inteqrasiya üçün də mühüm şərtlərdəndir. Əlbəttə ki, mülki infrastrukturun müdafiəsi və təhlükəsizliyinin təminatı da bundan sonrakı mərhələni təşkil edir.

Rusiya sülhməramlıları məsələsinə gəlincə, Azərbaycan bu məsələni uzatmayacaq. Azərbaycanın istəmədiyi, Azərbaycanı qane eləməyən sülh sazişi bağlana bilməz. Bu “qırmızı xət”dir. Azərbaycanın istəmədiyi sülh mümkün deyil. Nə qədər ki, bizi qane edən sülh bağlanmayacaq bölgədəki rusların da başı bəlada olacaq. Bax, bu artıq o prosesin başlanğıcıdır. Azərbaycan atacağı addımların ilkin siqnalını verdi. 2025-ci ilədək o qədər böyük müddət qalmayıb".

Xəyal Bəşirov yazır: Prezident İlham Əliyev niyə tələsir? » Newscenter.az

 Xəyal Bəşirov 

Politoloqa Xəyal Bəşirov isə bildirdi ki, “Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”na görə Xankəndinə qaz xəttinin çəkilişinin 2025-ci ildə Rusiya sülhməramlılarının bölgədən çıxması ilə eyni dövrdə başa çatdırmaq niyyətində olmağımızın mesajı verilmiş oldu:“Hazırda dünyada ciddi enerji böhranı yaşanır, Qarabağ bölgəsi də qazın çox ciddi əhəmiyyət daşıdığı ərazidir. Xankəndidəki ermənilərin Azərbaycan qanunlarını qəbul etməsini, Azərbaycana inteqrasiyasını biz təkcə qaz amili ilə deyil, digər sosial, iqtisadi istiqamətli addımların atılması ilə də həyata keçirməyi düşünürük. Yəni ölkəmizin digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də insanların yaşayışı üçün tələb olunan bütün addımlar atılacaq. Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üzərindən öz maraqlarını həyata keçirməyə çalışan xarici qüvvələr, daxildə isə separatçılar var. Onların üzərindən spekulyasiyalar edilir. Azərbaycanın Xankəndiyə qaz xətti çəkməsi erməni vətəndaşlarına sahib çıxmaq istiqamətində atılan ciddi addım olacaq. Bunu erməni əsilli Azərbaycan vətəndaşları diqqətə almalı və bir daha əmin olmalıdırlar ki, Azərbaycan dövləti digər bütün vətəndaşlarına verdiyi hüquqları, imkanları onlara da vermək fikrində qətidir. Erməni əsilli vətəndaşlarımız onlardan istifadə etməyə çalışan xarici qüvvələrə, daxildə olan separatçı terrorçu ünsürlərə onların həyatı ilə oynamağa imkan verməməlidir”.  

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı da bildirdi ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisinin Dövlət Proqramına daxil edilməsi Azərbaycanın Xankəndi üzərində də nəzarətini tam bərpa edəcəyini söyləməyə imkan yaradır:“Xankəndi Azərbaycanın nəzarətinə keçəcək. Bunun qarşısında heç bir maneə yoxdur. Bildiyiniz kimi, Rusiya sülhməramlılarının da Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmə müddəti 2025-ci ilə qədərdir. Yəni tam şəkildə həmin ərazilər 2025-ci ildə Azərbaycana qaytarılmalıdır. Ona görə də planlar indidən qurulur və bu düzgündür. Həmin vaxta bir il qalmış ilkin hazırlıq işləri də görüləcək. Bu, bir daha həm Ermənistan və Rusiyaya, həm də beynəlxalq təşkilatlara açıq şəkildə verilən bir mesajdır ki, Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan istənilən vaxt Xankəndi və hazırda sülhməramlıların nəzarətində olan digər ərazilərə qayıda bilər. Amma 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşma əldə olunub və Azərbaycan buna əməl edir. Həmin vaxt bitdikdən sonra isə Azərbaycan hərəkət edəcək. Ola bilər ki, şərait yaranar və Azərbaycan 2025-ci ilədək həmin ərazilərdə öz nəzarətini bərpa edər. Həmçinin, qaz kəməri və digər infrastrukturlar da elə həmin vaxtdan qurulmağa başlaya bilər. Lakin hələlik hədəf 2025-ci ildir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü hava necə olacaq?

  • 03.12.2022 - 11:30
image

Yeni ilə yeni müharibə ilə?

  • 03.12.2022 - 10:02
image

Vatsapda daha bir yenilik

  • 02.12.2022 - 10:24