Şənbə, 20 Aprel

Finlandiya Ukraynaya ən böyük hərbi yardım paketini ELAN ETDİ

image

Finlandiya Ukraynaya 10-cu hərbi yardım paketini elan edib.

Xəbər verilir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.

“Ukraynanın özünü müdafiəsi üçün hələ də yardıma ehtiyacı var”, – finlandiyalı nazir vurğulayıb.

O deyib ki, yeni hərbi yardım paketi indiyə qədər verilən dəstəyin ən böyüyüdür.

Finlandiya mətbuatı yeni yardım paketinin 55,6 milyon avro dəyərində olduğunu bildirib.

Qeyd edək ki, ümumilikdə Finlandiya müharibə başlayandan indiyədək Ukraynaya müdafiə üçün təxminən 160,4 milyon avro yardım edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20