Cümə axşamı, 18 Aprel

Rusiya Dövlət Dumasının deputatı Valuyev xəstəxanaya yerləşdirilib

image

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, keçmiş boksçu Nikolay Valuyev Moskva xəstəxanalarından birinə yerləşdirilib.

Bildirilir ki, Valuyev ayağında yaranan problemlərlə əlaqədar özü tibb müəssisəsinə müraciət edib. Müayinədən sonra həkimlər onu xəstəxanadan buraxmamaq qərarına gəliblər.

Deputatın mətbuat katibi onun vəziyyəti ilə bağlı açıqlama verib.

“Hər şey qaydasındadır. Valuyev dünən işdə idi, sabah hamı onu televizorda görəcək, döyüşü şərh edəcək”, - deyən nümayəndə onun avqustdan bəri axsadığını vurğulayıb.

Qeyd edək ki, Nikolay Valuyev Rusiyanın siyasi və idman xadimidir. 2021-ci il oktyabrın 13-dən Rusiya Federasiyası Federal Məclisinin VI və VII çağırış Dövlət Dumasının deputatı, Dövlət Dumasının Turizm və Turizm İnfrastrukturunun İnkişafı Komitəsi sədrinin birinci müavinidir.

İdman karyerası ərzində o, ağır çəki dərəcəsində çıxış edib. WBA ağır çəkidə dünya çempionu (2005-2007, 2009), Pan-Asiya Boks Assosiasiyasının ağırçəkili çempionu (2000), peşəkarlar arasında ağır çəkidə Rusiya çempionudur (1999).

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56