Cümə, 29 Mart

SON DƏQİQƏ! Alman ordusuna təcili əmr verildi - Rusiya yeni müharibəyə hazırlaşır?

image

Almaniyanın aparıcı media orqanı olan “Der Spiegel”ə sızan məxfi sənədlərə görə. ölkənin generallarından biri olan Eberhard Zorn gözlənilən təhlükələr qarşısında orduya müharibəyə hazırlaşmağı əmr edib.

Xəbər verilir ki, sentyabrın sonunda hazırlanan 68 səhifəlik “Silahlı Qüvvələr üçün əməliyyat təlimatları” sənədində müharibə vəziyyətinə hazırlıq üzrə təxirəsalınmaz tədbirlər sadalanıb.

Həmin sənəddə qeyd olunub ki, Almaniyaya böyük zərər verə biləcək hücumlar heç xəbərdarlıq edilmədən həyata keçirilə bilər.

Bu ilin fevral ayına olan məlumata görə, "Bundeswehr" kimi tanınan Almaniya silahlı qüvvələrinin 183 638 aktiv şəxsi və 949 000 ehtiyat heyəti var. Bu, təxminən bir milyon aktiv qoşun və iki milyona qədər ehtiyatda olan Rusiya ordusu ilə müqayisədə aşağı rəqəmdir.

Zorn 68 səhifəlik hesabatda müasir alman ordusunun Əfqanıstan kimi bölgələrdə əməliyyatlar aparmasına baxmayaraq, bu təcrübələrin gələcək müharibə üçün kifayət etmədiyini və "Bundeswehr"in öz ərazisində “məcburi müharibəyə” hazırlaşmalı olduğunu vurğulayıb. Şərqi Avropada NATO üzvü olan bir ölkədə müharibə ehtimalının “yenidən artdığı” barədə xəbərdarlıq edən general Almaniyanı qitənin müdafiəsində aparıcı rol oynamağa və “daha ​​güclü” silahlı qüvvələr yaratmağa çağırıb.

Xaricdə fəaliyyət göstərən daha kiçik, ixtisaslaşmış birlikləri ixtisar etmək əvəzinə, NATO uğrunda döyüşməyə hazır olan böyük birliklərin aktivləşdirilməsinin vacibliyini vurğulayan Zorn ittifaqın müdafiəsinin gücləndirilməsinin mühüm olduğunu diqqətə çatdırıb.

Ekspertlər bildirirlər ki, bu hesabat İkinci Dünya Müharibəsindən sonra Almaniyanın hərbi siyasətində baş verən köklü dəyişikliyi göstərir.

Almaniya ordusunun gücləndirilməsi çərçivəsində 53 Airbus A400M nəqliyyat təyyarəsi, Eurofighter Typhoon döyüş təyyarəsi və bir neçə pilotsuz uçuş aparatı alınacağı açıqlanıb. Həmçinin əlavə NH90 helikopterləri, 579 Puma piyada döyüş maşını, 503 Boxer çoxməqsədli zirehli döyüş maşını, yeni döyüş gəmiləri və hərbi sualtı qayıqların alınması gözlənilir.

Məxfi sənədlərdə bildirilir ki, Almaniya Birləşmiş Millətlər Təşkilatının sabitləşdirmə missiyasının bir hissəsi kimi yerləşdirildiyi Malidəki qoşunlarının əksəriyyətini vətənə gətirmək istəyir.

Alman qəzeti yazır ki, Rusiya NATO-nun şərq sərhədinə hücum edərsə, Almaniya “döyüş qüvvələrini” təmin etməli olacaq və bunun üçün ABŞ-dan dəstək gözləməməlidir.

General Zorn xəbərdarlıq edir ki, Aİ və NATO "hücum baş verdikdən sonra qüvvələri planlaşdırmaq və qurmaq" imkanına malik deyil.

"Biz tez hərəkət etmədikcə heç bir ordu Avropada hərəkət edə bilməz" - deyən Zorn vəziyyətin aktuallığını vurğulayıb.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz fevral ayında Rusiya-Ukrayna münaqişəsi başladıqdan sonra Avropada müharibənin reallığa çevrildiyini etiraf etmiş, müdafiə xərclərini təxminən 100 milyard avroya çatdıracağını vəd etmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45