Şənbə, 04 May

İranda 3 aksiya iştirakçısına ölüm hökmü verilib

image

Tehran İnqilab Məhkəməsi noyabrın 16-da İranda aksiyalarda iştirak edən 3 şəxsə ölüm hökmü verib.

Xəbər verilir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, şəxslərdən biri İranda ictimai asayişi və qeyri-sabitliyi pozmaqda, o cümlədən insanlara və dövlət əmlakına ziyan vurmaqda ittiham olunub.

Digəri Pakdəşt şəhərində polis postunun yandırılması və dövlət əmlakının dağıdılmasında təqsirli bilinib. Üçüncü şəxs isə dövlət əmlakına ziyan vurmaqda, həmçinin iğtişaşlarda aparıcı rol oynamaqda ittiham olunub.

Xatırladaq ki, ötən gün İranda aksiyalarda iştirak etmiş 4 nəfər edam edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15