Şənbə, 04 May

Taleh Kazımovdan manatla bağlı VACİB AÇIQLAMA

image

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edib.

Xəbərə görə, T.Kazımov bildirib ki, gələn il inflyasiya aşağı olacaq.

Taleh Kazımovun sözlərinə görə, Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər:

“İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə fasilə verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq”.

Baş bankir cari ilin 10 ayı ərzində manatın məzənnəsinin 9,2 faiz bahalaşdığını qeyd edib:

“Mərkəzi Bank sabit məzənnə rejimini növbəti il üçün də qorumağa çalışacaq. Məzənnə rejimi pul siyasətimizin bir çərçivəsidir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15