Şənbə, 20 Aprel

Kriştianu Ronaldunu “Mançester Yunayted”də kim əvəz edəcək? - İDDİA

image

İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun gedişi öncəsi Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl 37 yaşlı Ronaldu açıq şəkildə “Mançester Yunayted”in məşqçilər korpusunu, rəhbərliyini və siyasətini tənqid etmişdi. Daha sonra məlum oldu ki, futbolçunun vəkilləri “qırmızı şeytanlar”la 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə xitam vermək üzərində işləyirlər.

Bildirilir ki, Ronaldunun müsahibəsindən sonra “Yunayted” Mbappeni transfer etmək planlarını sürətləndirib. Həmçinin onun transferi üçün 170 milyon avro (150 milyon funt sterlinq) ödəməyə hazırdır. İngilis klubu fransalıya Ronaldunun əvvəllər aldığı kimi, həftədə 500 min funt sterlinq maaş da verə bilər.

Bu mövsüm portuqaliyalı Premyer Liqada on oyun keçirib, bir qol vurub. “Mançester Yunayted”də uğursuz mövsüm keçirməsinə baxmayaraq, Ronaldu Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında Portuqaliya millisinin heyətinə daxil edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20