Cümə, 19 Aprel

Futbol komandasının 3 üzvü öldürüldü - FOTO

image

ABŞ-ın Virciniya Universitetinin futbol komandasının 3 üzvü kampusda güllələnərək öldürülüb.

Xəbər verilir ki, bazar günü axşam gəzintidən qayıdan tələbələrlə dolu avtobusda baş verən atışmada daha iki nəfər yaralanıb.

Polisin bildirdiyinə görə, avtobus universitet şəhərciyindəki qaraja daxil olarkən hücuma məruz qalıb. 

Polis araşdırmalarını davam etdirdiyi üçün hücumun mümkün motivi barədə məlumat verilməyib. 

Bildirilir ki, atışma gecə saat 22:30 radələrində universitetin Charlottesville kampusunda, Culbreth Road üzərindəki qarajda baş verib. Öldürülənlərin Virginia Beach-dən olan 2-ci kurs tələbəsi Devin Çandler, Florida ştatının Mayami şəhərindən olan 4-cü kurs tələbəsi D'Şon Perri və Cənubi Karolina ştatının Rich Hill şəhərindən olan 3-cü kurs tələbəsi Lavel Davis olduğu müəyyən edilib.

Polis qurbanların cəsədlərinin səfərdən qayıtdıqdan sonra çarter avtobusunun içərisində tapıldığını bildirib.

Universitet ölkənin ən prestijli universitetlərindən biri hesab olunur və ABŞ-ın dövlət universitetlərində 3-cü yerdədir.


Futbol komandasının 3 üzvü öldürüldü - FOTO

  • Futbol komandasının 3 üzvü öldürüldü - FOTO

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20