Cümə, 19 Aprel

Putin Xersonda sola keçdi, Xankəndinin isə sağı-solu bizdə...

image

Rusiya rəhbərliyinin hansı izahat verməsindən asılı olmayaraq, “referendumla” sentyabrda özünə “birləşdirdiyi” Xersonun mərkəzinə nəzarəti itirməsi şübhəsiz ki, məğlubiyyətdir. 

Ordunu geri çəkmək, hansısa strateji planlar qurmaq belə miqyaslı müharibə üçün xarakterik ola bilər, amma söhbət bütün dünyanın diqqətində olan müharibədəki Rusiya ordusundan gedirsə, “qorxdular”, “qaçdılar” reaksiyaları da təbiidir.

Qırmızı Limanın itirilməsinə görə satqın generalları güllələməyə çağırış edən Ramzan Kadırov kimi “müharibə qırğısı”nın belə, Xersonun mərkəzindən geri çəkilməyi ört-basdır etməyə çalışması o deməkdir ki, qərar Şoyqunun, ordu komandanı Surovikinin yox, məhz Putinindir. Putinin qərarlarını sorğulamaq isə Kadırovun həddi deyil. O da bilir ki, Putin bu müharibədə tarixi riskə gedib, həyatının ən çətin qərarını verib və bütün məsuliyyət də onun üzərindədir. Rusiya mediası da bunun fərqindədir və müstəqil təhlilçilər belə ordunun çəkilməsi ilə bağlı tənqidlərin dozasını artırmağa risk etmirlər, Səfər Əbiyevsayağı “lazım gələrsə, Xersona qayıdacağıq” deyirlər...

107127344-1664546716521-gettyimages-1243615777-RUS_Russian_President_Vladimir_Putin_Hosts_Ceremony_With_Separatist_Leaders_Of_Ukrainian_Regions_After_Referendum.jpeg (381 KB)

Ukrayna müharibəsindən yazarkən, rəqəmlərin önəmi var. İndi bizim mediada əksəriyyət, hətta qocaman politoloqlar belə nədənsə, çıxışlarında bunlara önəm vermirlər. Xerson vilayətinin ərazisi əlbəttə ki, kifayət qədər geniş- 25 min kvadratkilometrdir ki, bu da Ukraynanın 4,7 fazi deməkdir. Vilayətin ərazisində 18 inzibati rayon, 8 şəhər, o cümlədən, indi tərk etməyə məcbur olduqları Xerson və 700-dən çox kənd var. Ukrayna Statistika Komitəsinin son məlumatına görə, müharibəyədək vilayətdə ümumilikdə, 1 milyon 370 min əhali məskunlaşmışdı. 
Xerson vilayətinin yalnız az hissəsi hazırda Ukraynanın nəzarətinə keçən Dnepr çayının sağ sahilində yerləşir. Ukrayna ordusu hazırda Xerson vilayətinin cəmi 23 fazinə nəzarət edir. Yəni Rusiyanın Xerson vilayətində işğalı böyük ölçüdə sol sahildə davam edir. Üstəlik, Ukraynanın bu vilayətdən dənizə çıxışı-Azov da Rusiya ordusunun nəzarətində qalmaqdadır.

24a3026d-4ea4-3754-8d5e-3923eab58087_850.jpg (94 KB)

Hələ oktyabrın əvvəlində məlum idi ki, Rusiya bu ilin martın 3-də tam işğal etdiyi Xerson vilayətinin mərkəzindən çəkilmək məcburiyyətində qalacaq. Ordunun Dnepr çayının sağ sahilindən çıxarılması barədə qərar noyabrın 9-da rəsmən elan edilsə də, rusdilli əhalinin sol sahilə təxliyyəsinə bir neçə həftə öncədən başlanmışdı, onlara Rusiyanın yaxın vilayətlərində ev təminatlı sertifakat indi də paylanır. Yəni ola bilər ki, Rusiya bir daha Xerson şəhərinə qayıtmasın. Zatən, əvvəldən belə bir plan yox idi, Xersondan sonra Rusiyanın iştəhası artdı, Nikolayev, oradan isə Odessanı tutmaq kimi planlar cızılmağa başlamışdı.

Ukrayna Silahlı Qüvvələri sağ və sol sahilləri birləşdirən körpünü (ruslar onu dünən gecə təməlli partlatdı) NATO-nun uzaqmənzilli raketlərilə vururdu, böyük zədələnmələr vardı. Bu səbəbdən son aylarda Dnepr çayının sağ sahilindəki qoşunların, eləcə də Xersonun mülki əhalisinin təhcizatı dəmir və quru yolla əngəllənmişdi, yalnız bərə və qayıqlarla həyata keçirilirdi.

Amma bu cür bərə və qayıqlarla nə ordunun, nə də rusdilli əhalini təchizatını davam etdirmək mümkün idi. Nəticədə Rusiya komandanlığı anıladı ki, on minlərlə əsgər üçün sursat, texnika daşımaq mümkünsüzdür, uğurlu hücum olarsa, ordu ciddi itkilər verməli olacaq.

0a9fd91-herson.jpg (199 KB)

Rusiya indi sol sahildə özünü qismən təhlükəsiz hesab edəcək. Çünki nə Ukraynanın, nə də Rusiyanın eni bir kilometr yarımdan çox olan Dnepr çayını keçib geniş miqyasda əməliyyat aparmaq imkanı var. Amma indi Ukraynanın Krımı vurmaq üçün məsafəsi azalıb.

Britaniya və ABŞ nəşrləri yazır ki, Rusiya komandanlığı Ukrayna qoşunlarının bir qismini Xersona yerləşdirməyə məcbur edir və cəbhənin Donetsk istiqamətində irəliləməyi hədəfləyir. Xerson şəhərindən çıxarılmış 30 minlik qoşunun əksəriyyətini isə Donetsk istiqamətə göndərmək planı qurur. Rusiyanın müharibənin “ağzını büzməyə”, daha iştəhası ilə deyil, real gücə arxalanaraq Donetskin işğal altına düşməyən iki mühüm şəhərini də ələ keçirməklə dayanmaqdan başqa yolu qalmır. O səbəbdən danışıqlar masasının qurulması hələ ki, real görünmür. Buna cəhdlər əlbəttə ki, var, indi əsas vasitəçi rolunda Vatikan çıxış edir, tərəflərlə qapalı danışıqlar aparılır. Amerika da Zelenskinin ağzını danışıqlara doğru yönəldib. Rusiya hazırkı reallıqda masada güclü tərəfdir. Kiyevlə danışıqların olması üçün ən azı Zaparojyenin tutduğu ərazilərindən də çıxması lazım...

xerson.jpg (137 KB)

Ümid etmişdim ki, ilk dəfə qışda keçiriləcək dünya çempionatınadək müharibədə nisbi sakitlik əldə etmək mümkün olacaq. Amma belə görünür ki, bir gözümüz Qətərdə, bir gözümüz Ukraynada olacaq. Xankəndini də yaddan çıxarmayaq. Oradan da “rus səsi” gəlməyə başlayıb, yaxşı ki, Xankəndinin solu da, sağı da bizdə...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28