Cümə, 26 Aprel

Paşinyandan sərsəm açıqlama: “Qarabağdakı ermənilərə soyqırımı hazırlanır”

image

“Azərbaycan Dağlıq Qarabağın erməni nümayəndələri ilə dialoqa başlamaq üçün addım atmayıb”.

Xəbər verilir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında səsləndirib. Erməni baş nazir öz çıxışında absurd proqnozlar səsləndirib:

Məsələn, o deyib ki, Azərbaycan konstruktiv görünməyə çalışır və bəyan edir ki, Dağlıq Qarabağ erməniləri onun vətəndaşlarıdır, onların hüquqları və təhlükəsizliyi təmin edilir. Lakin Hadrut və Şuşadan qaçqın düşmüş ermənilər hələ də geri qayıtmayıblar:

“Bəyanatlar göstərir ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin soyqırımını nəinki hədələyir, hətta artıq hazırlayır”.

Baş nazirin sözlərinə görə, bu niyyət Azərbaycan Prezidentinin Rusiya sülhməramlı qoşunlarının Qarabağda yerləşdirilməsi şərtləri ilə bağlı şərhlərində də ifadə olunur: 

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda deyilir ki, sülhməramlılar ardıcıl 5 illik müddətlərin avtomatik uzadılması ilə Dağlıq Qarabağda 5 il müddətinə yerləşdirilir. Təkrar edirəm, avtomatik uzadılır. Bu, əslində, o deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər və Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliklə bağlı bütün narahatlıqları həll olunana qədər sülhməramlılar qeyri-müəyyən müddətə Dağlıq Qarabağda yerləşdirilsin ”.

“Soçinin iki bəyannaməsini imzaladıqdan və bu protokolları tərtib etdikdən sonra Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsinə dair aydın beynəlxalq təminatlar olmadan sülhməramlıların geri çəkilməsi ilə bağlı söhbətlərin inkişaf etdirilməsi təkcə qeyd olunan üçtərəfli bəyannamələrin pozulması deyil, həm də həm də Dağlıq Qarabağ ermənilərinin soyqırımına hazırlıqdır”, – Nikol Paşinyan vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33