Cümə, 29 Mart

Meloni iqlim dəyişikliyi ilə bağlı çağırış etdi

image

İtaliyanın Baş naziri Ciorcia Meloni iqlim dəyişikliyi ilə mübarizənin birgə səylər tələb etdiyini və ölkəsinin iqlimlə bağlı fəaliyyətdə üzərinə düşəni edəcəyini deyib.

Xəbər verilir ki, Misirin Şarm əl-Şeyx şəhərində keçirilən BMT-nin İqlim Konfransında (COP27) iştirak edən C.Meloni çıxışında İtaliyanın COP Paris məqsədlərinə uyğun olaraq dekarbonizasiyaya qətiyyətlə sadiq olduğunu və öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb. 2030-cu ilədək Avropada istixana qazı emissiyalarını ən azı 55 faiz azaltmağı hədəflədiklərini bildirən Baş nazir İtaliyanın bərpaolunan enerji imkanlarını gücləndirəcəyini qeyd edib.

C.Meloni enerji təhlükəsizliyi və bərpaolunan mənbələrlə bağlı əməkdaşlığı gücləndirdiklərini, Afrika ölkələri ilə enerji diversifikasiyası strategiyalarını inkişaf etdirmək istədiklərini söyləyib.

İtaliyanın Baş naziri konfrans çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi, BMT-nin Baş katibi Antonio Quterreş və Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə ikitərəfli görüşlər keçirib.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45