Çərşənbə, 01 May

İranda dəhşət: Ölənlərin sayı 300-ü keçdi

image

İran İnsan Haqları Təşkilatı (İHR) Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində öldürülənlərin sayının 304-ə yüksəldiyini açıqlayıb.

Xəbər verilir ki, Norveçdə yerləşən İHR-nin saytında dərc olunan hesabatda ölkədə 50 gündən artıqdır davam edən nümayişlər barədə məlumat verilib.

İranın 31 əyalətindən 22-si ilə bağlı rəqəmlərin yer aldığı hesabatda ən çox itkilərin müvafiq olaraq Sistan-Bəlucistan, Mazandaran, Tehran, Kürdüstan və Gilan əyalətlərində baş verdiyi bildirilib.

Hesabatda Sistan-Bəlucistan əyalətində 118, Mazandranda 33, Tehranda 30, Kürdüstanda 26, Gilanda 22, Qərbi Azərbaycanda 21, Kirmanşahda 13, Elborz, Xorasan-ı Rezevi, İsfahanda 9 nəfərin öldürüldüyü qeyd edilib.

Həyatını itirən nümayişçilərdən 41-i 18 yaşdan kiçik, 24-ü qadın, 38-i mühafizəçidir.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda polis patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da Tehranda ölməsi etirazlara səbəb olub.

Ölkə daxilində davam edən nümayişlərdə 10 mindən çox adamın saxlanıldığı bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15