Cümə, 19 Aprel

NYT: “NATO-nun növbəti baş katibi ukrayna əsilli qadın ola bilər”

image

NATO ölkələrinin nümayəndələri NATO-nun baş katibi Yens Stoltenberqin yerinə keçəcək namizədin kim olacağaın qərar verməyə çalışırlar.

Gələn informasiyalara əsasən, ABŞ Kanadanın baş nazirinin Ukrayna əsilli müavini və maliyyə naziri Krista Frilendin alyansın yeni rəhbəri olmasını istəyir.

Xəbər verilir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzet ABŞ rəhbərliyinin Frilandda bir çox üstünlüklər gördüyünü yazıb. Kanada rəsmisi rus və ukrayna daxil olmaqla bir neçə xarici dildə sərbəst danışır, ölkəsində vacib strukturları idarə edib. Bundan əlavə, Friland müvəffəqiyyət qazanarsa, NATO-ya rəhbərlik edən ilk qadın və ilk Kanada vətəndaşı olacaq.

Ənənəvi olaraq Birləşmiş Ştatlar NATO-nun baş katibi vəzifəsinə namizəd irəli sürmür, çünki NATO-nun Avropadakı qoşunlarına məhz amerikalı general rəhbərlik edir.

Qəzet NATO-nun baş katibi postuna “güclü iddiaçılar” arasında Estoniyanın baş naziri Kaya Kallas, Slovakiya prezidenti Zuzana Çaputova və Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviçin adını çəkir.

Adı çəkilən hər 3 avropalı namizəd də qadındır. Lakin media iddiaçılar sırasına Böyük Britaniyadan müdafiə naziri Ben Uollesin də qoşulduğunu yazır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20