Cümə axşamı, 28 Mart

Tanınmış əfqan aparıcının qiyafəsini dəyişməsi müzakirələrə səbəb oldu – FOTO

image

Əfqanıstanın “Shamshad News” telekanalının aparıcısı Məhəmməd Kamalın qiyafəsini dəyişib ənənəvi puştun milli geyim tərzinə keçməsi və saqqal uzatması ölkədə birmənalı qarşılanmayıb.

Məhəmməd Kamalın yayılan son fotosu Əfqanıstanın sosial şəbəkə seqmentinin ən çox müzakirə edilən mövzusuna çevrilib.

Qeyd edək ki, M.Kamal əvvəlki hökumətin dövründə “Taliban” təşkilatının sərt tənqidçilərindən biri olub.

Lakin hazırda jurnalist Əfqanıstanda hakimiyyətə gələn “Taliban” iqtidarının əldə etdiyi nailiyyətlər barədə müxtəlif veriliş və yazılarla çıxış edir.

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, Məhəmməd Kamal hakimiyyət dəyişikliyi zamanı ölkəni tərk etməyə fürsət tapmayıb, özünü, həmçinin ailəsinin həyatını xilas etmək naminə qiyafəsini və mövqeyi dəyişmək məcburiyyətində qalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25