Çərşənbə axşamı, 14 May

Qobustanda növbəti dəfə zəlzələ olub

image

Oktyabrın 30-da Pirqulu stansiyasından 47 km cənubda, Qobustan rayonunda növbəti zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a bildirilib ki, yerli vaxtla saat 08:08-də qeydə alınmış zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb. Yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.

Qeyd edək ki, ötən gün də yerli vaxtla saat 17:50-də Pirqulu stansiyasından 44 km cənubda Qobustan rayonu ərazisində daha bir  zəlzələ qeydə alınmışdı..

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00