Çərşənbə axşamı, 07 May

Toyda dava saldı, 10 sutka həbs cəzası aldı

image

Şamaxı şəhərində yerləşən "Şirvangöl" şadlıq sarayında oğlu ilə toya gedən şəxs içki içdikdən sonra qalmaqal yaradıb.

Məlumata görə, oktyabrın 24-də İbrahim adlı Şamaxı sakini "Şirvangöl" şadlıq sarayında keçirilən toy məclisində iştirak edib. O, içki içdikdən sonra çöılə çıxıb və ünvansız nalayiq ifadələr işlətməyə, söyüş söyməyə başlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları ondan söyüş söyməməyi və ictimai qaydaları pozduğunu bildirərək nizam-intizama dəvət ediblər. Lakin İbrahim adlı şəxs hərəkətlərini davam etdirərək polis əməkdaşlarının da ünvanına söyüşlər söyüb. Həmin şəxs Şamaxı Rayon Polis Şöbəsinə aparılıb.

İbrahim etdiyi əməldən peşman olsa da, məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, 10 gün həbs cəzası alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24