Cümə, 29 Mart

Rusiya dünəndən qadağa qoysun, acından ölməyəcəyik... - Aqil Abbas

image

"Elə gün olmur ki, Rusiya telekanalları Azərbaycanın əleyhinə kompaniya aparmasın. Qarabağı "Artsax" adlandırmaq, verilişlərinə erməniləri, yaxud ermənipərəst siyasətçiləri dəvət edərək, Azərbaycanın əleyhinə təxribatçı fikirlər səsləndirirlər".

Bu fikirləri açıqlamasında millət vəkili Aqil Abbas AzTV-nin Rusiya və İranla bağlı çıxışına münasibət bildirərkən deyib.

"Azərbaycan lap əvvəldən Ukraynanın ərazi bütövlüyünü tanıyıb və həmişə bu fikirdə olub. Ona görə Azərbaycan sözünü deməli idi və dedi. AzTV-nin həm Rusiya həm də İranla bağlı cəsarətli çıxışını yüksək qiymətləndirirəm. Dedi ki, artıq yetər".

“Rusiya ərzaq məhsullarının, taxılın Azərbaycana ixracına qadağa qoya bilərmi” sualını Aqil Abbas belə cavablandırıb:

"Rusiya dünəndən qadağa qoysun. Acından öləcəyik? O qədər alternativ ölkələr var. Rusiya qadağan qoysa, Qazaxıstandan alarıq. Özümüz taxıl istehsalını daha da artırarıq. Qorxub hamının qabağından qaçmalıyıq ki, nədir ki taxıl alırıq? Eyni zamanda Ukraynadan da taxıl ala bilərik. Çünki hazırda Ukrayna Qara dənizdən "Taxıl dəhlizi" vasitəsilə dünya ölkələrinə milyonlarla ton taxıl ixrac edir. Eyni zamanda Azərbaycan idxaldan o qədər də asılı deyil".

Millət vəkili Putinin İlham Əliyev və Paşinyanı Rusiyaya dəvətinə də münasibət bildirib:

"Fransa və Amerika Cənubi Qafqaza daxil olmaq istəyir. Təbii ki, Rusiya da buna razı olmaz. Yəqin, Putin bu dəvətdə 10 noyabr bəyanatının necə yerinə yetirilməsi, sülh prosesilə bağlı danışıqlar aparacaq. Müəyyən məsələlərə aydınlıq gətiriləcək".

Qeyd edək ki, AzTV-nin bazar günü efirə çıxan “Həftə” analitik-informasiya proqramında İranın, Rusiyanın, Fransanın apardığı siyasətə dair hazırladığı material geniş müzakirələrə səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45